Bakıda qız öz atasına olmazın işgəncələr verirmiş


Digərləri 08 Fev 2018 21:56:00 395 0

Bakıda qız öz atasına olmazın işgəncələr verirmiş

Bakı sakini qoca atası ilə qəddarcasına davranıb

Bakıda öz qızı tərəfindən müntəzəm olaraq döyülən yaşlı kişi polisə şikayət edib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsindən məlumat verilib.

Polis bölməsinə 1939-cu il təvəllüdlü Şahlar Həşimov müraciət edib. Kişi bildirib ki, qızı 1971-ci il təvəllüdlü Nəzakət Hüseynova onu sistematik olaraq döyür və pensiyasını əlindən alır.

Hazırda təhqiqatçılar işlə bağlı vəziyyəti öyrənirlər. Döyülmə faktının sübutu üçün məhkəmə-hüquq ekspertizası təyin edilib. Qocanın döyüldüyü bədənindəki xəsarətlərlə sübuta yetirilsə, onda iş istintaqa göndəriləcək.

Polisin sözlərinə görə, onlar tez-tez övladların yaşlı valideynləri ilə qəddar münasibətlərinin şahidi olurlar. Amma valideynlər uşaqlarından nadir hallarda polisə şikayət edirlər.