Hansı çay daha faydalıdır yaşıl, yoxsa qara?


Digərləri 08 Fev 2018 21:03:00 343 0

Hansı çay daha faydalıdır  yaşıl, yoxsa qara?

Yaşıl və qara çay əslində eyni çay kolundan yığılır. Fərq yalnız çay yarpaqlarının emalındadır.

Qara çay xüsusi şəraitdə qurudulur ki, nəticədə onun tərkibi bir qədər dəyişilir (fermentasiya olunur). Yaşıl çay xüsusi emala məruz qalmır.

Son.az saglamolun.az-a istinadən bildirir ki, bir çox insanları maraqlandıran suallardan biri: hansı çay daha faydalıdır - yaşıl yoxsa qara? Bu sualın cavabını tapmaq üçün Saglamolun.az sizə hər iki çay haqqında bəzi maraqlı məlumatları təqdim edir.  

1. Yaşıl çayda kofein maddəsi qara çayla müqayisədə daha çoxdur. Kofein çox faydalı maddədir. Kofein beyində amiloid zülalın yaranmasının qarşısını alır. Bu zülal beyində toplanaraq beyinin fəaliyyətini pozur, qocalıq ağıl zəifliyinin inkişafına səbəb olur.

Lakin kofeindən sui-istifadə ürəyə ziyan vura bilər.

2. Yaşıl çayın tərkibində fol turşusu qara çayla müqayisədə daha çoxdur. Fol turşusu (B9 vitamini) qanyaratma proseslərində iştirak edir. Həmçinin fol turşusu damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.

3. Qara çay katexin maddələri ilə daha zəngindir. Bu maddələr çaya xərçəng əleyhinə xüsusiyyətləri bəxş edir.