Məhkəmədə Allahı mühakimə ediblər: Çıxardıqları hökmə baxın!


Dünya 08 Fev 2018 20:18:00 242 0

Məhkəmədə Allahı mühakimə ediblər: Çıxardıqları hökmə baxın!

"Müttəhim" rus xalqına qarşı cinayətlərdə ittiham olunub.

Son.az bizimyol-a istinadən xəbər verir ki, ABC (İspaniya) jurnalisti sensasiyalı yazı dərc etdirib. Onun yazdığına görə, arxiv sənədlərinə əsasən, 100 il qabaq - 1918-ci ildə Moskvada Tanrının üzərində məhkəmə qurulub. Məhkəmənin sədri Rusiya bolşevik hökumətinin xalq maarif komissarı Lunaçarski olub. Tanrı üzərində məhkəmə prosesi 1919-cu ildən başlanıb. 1923-cü ildə Sovet hakimiyyəti də bu məhkəmələri davam etdirib. Proses 5 saat çəkib.

İttihamçılar Allahın ("Boq") rus xalqına qarşı "cinayətləri" haqda siyahını elan edib, dövlətin təyin elədiyi vəkillər isə Tanrını müdafiə ediblər. Vəkillər hətta "məhkəmə"dən "ağılkəmliyini" və "psixi pozuntularını" nəzərə alaraq müttəhimə bəraət verilməsini xahiş ediblər. Zalda çoxlu tamaşaçı olub. Müttəhim kürsüsünə Bibliya kitabını qoyublar. "Müttəhim" "bütün bəşəri təmsil edən rus xalqına qarşı cinayətlər və soyqırım" törətməkdə ittiham olunub.