Saakaşvili: "Ermənistanda siyasi bataqlıq Ukraynadakından daha dərindir"


Dünya 08 Fev 2018 18:24:00 295 0

Saakaşvili: "Ermənistanda siyasi bataqlıq Ukraynadakından daha dərindir"

"Mən düşünürdüm ki, Ukraynada dərin siyasi bataqlıq var. Lakin etiraf etmək lazımdır ki, bu, Ermənistanda daha dərindir".

Son.az azvision.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş rəhbəri Mixail Saakaşvili "Facebook" səhifəsində yazıb.

Saakaşvili Ermənistandakı problemlərin qaydasına düşəcəyinə inanmaq istədiyini deyib.

Qeyd edək ki, Ermənistanın paytaxtı Yerevanda Saakaşvilinin erməni dilinə tərcümə olunmuş "Gücün oyanışı" adlı kitabının təqdimat mərasimi keçirilməli idi. Təqdimatın əvvəlcə Yeqiş Çarenç adına ev-muzeydə, daha sonra "Noyan Tapan" kitab mağazasında keçirilməsi gözlənilirdi. Son anda təqdimat mərasimi təxirə salınıb.