Nadir oğluna 1 milyon xərcləyib


Şou-biznes 08 Fev 2018 14:33:00 303 0

Nadir oğluna 1 milyon xərcləyib

Müğənni Nadir Qafarzadə İsveçrədə təhsil alan oğlundan danışıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "5/5" verilişində deyib ki, övladı üçün çox pul xərcləyib. 

O, aparıcı Zaur Kamalın "Ayda nə qədər pul göndərirsən? Onun təhsilinə 1 milyon gedib" sualına Nadir belə cavab verib:

"Ondan çox gedib. Məni sökdü. Dünyanın ən bahalı ölkələrindən biri İveçrədir. Çoxları deyir ki, nə var ey, pul verirsən. Orada oxumalısan. Biz təhsil pulunu ödəyirdik. Deyir, ata mənə o qədər pul qoydun, indi işsizəm. Hər yerə müraciət göndəririk, heç cavab olmur".