Pərvinlə Tunayın məhkəməsi təxirə düşdü


Şou-biznes 08 Fev 2018 14:24:00 299 0

Pərvinlə Tunayın məhkəməsi təxirə düşdü

Bu gün Səbail Rayon Məhkəməsində Türkiyədə yaşayan aktrisa Tunay Əliyeva ilə həmkarı Pərvin Abıyeva arasında qaldırılmış qarşılıqlı iddialar əsasında məhkəmə iclası davam etdirilib. 

Son.az xəbər verir ki, bu barədə report-a P.Abıyevanın vəkili Ceyhun Yusifov məlumat verib. Onun sözlərinə görə, hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən prosesdə hər iki tərəfin nümayəndəsi çıxış edib. Daha sonra P.Abıyevanın vəkili C.Yusifov qarşılıqlı iddiaya etiraz edib. T.Əliyevanın vəkili Adəm Məmmədov iddianı dəqiqləşdirəcəklərini bildirərək məhkəmədən vaxt istəyib. Proses martın 1-dək təxirə salınıb.

Qeyd edək ki, T.Əliyeva sosial şəbəkədə P.Abıyevanı dəfələrlə tənqid edib, onunla bağlı müəyyən ifadələr yazıb. O, mətbuata verdiyi açıqlamasında həmkarını "1000 manatlıq fahişə" adlandırıb.

P.Abıyeva isə instaqram səhifəsində T.Əliyevaya cavab olaraq onun pul qarşılığında oğlanlarla görüşdüyünü iddia edib. Daha sonra hər iki tərəf məhkəməyə müraciət edib. 

Məhkəmədə T.Əliyevanın vəkili Adəm Məmmədov bildirib ki, aktrisa P.Abıyeva müvəkkili barəsində kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan və böhtan xarakterli ifadələr işlətdiyinə görə, ondan 100 min manat təzminat tələb edirlər: "Həmçinin, Pərvin Abıyevanın işlətdiyi sözləri qanunsuz hesab edirik və onun həmin sözləri təkzib etməsini istəyirik".