Moskvada erməni oliqarx həbs olundu


Dünya 08 Fev 2018 11:08:00 261 0

Moskvada erməni oliqarx həbs olundu

Donetskdə böyük mülkiyyət sahibi olan erməni mənşəli məşhur biznesmen Oleq Mkrtçyan Moskvada saxlanılıb.

Mİlli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Moskovskiy komsomolets" xəbər yayıb.

Oleq Mkrtçyan "Donetsk Sənaye ittifaqı"nın (DSİ) təsisçisi və direktorudur. O, Rusiya Xarici İqtisadiyyat Bankının (Vneşekonombank) DSİ layihələri üçün ayırdığı vəsaitləri israf etmə ittihamı üzrə iki ay müddətinə saxlanılıb.