Afrində 2 türk hərbçisi şəhid olub


Dünya 08 Fev 2018 08:03:00 264 0

Afrində 2 türk hərbçisi şəhid olub

Afrində keçirilən "Zeytun budağı" əməliyyatı çərçivəsində Türkiyə Silahlı Qüvvələrinin daha iki hərbçisi şəhid olub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə SQ Baş Qərargahının bəyanatında bildirilir. Qeyd olunur ki, hərbçilər terrorçuların minomyot atəşi nəticəsində həlak olublar.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.