Bakıda orta yaşlı kişi bıçaqlanıb


Digərləri 08 Fev 2018 08:08:00 277 0

Bakıda orta yaşlı kişi bıçaqlanıb

Orta yaşlı kişi naməlum şəxs tərəfindən ayağından bıçaqlanıb

Sabunçu rayonunda 1 nəfərin bıçaqlanması ilə nəticələnən dava olub.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

36 yaşlı Abdullayev Səbi Kərəm oğlu küçədə tanımadığı şəxsin hücumuna məruz qalıb. O, naməlum şəxslə əbəyaxa dava edib. Nəticədə ayağından bıçaqlanan S.Abdullayev 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.