"Titanik"in batması haqda gizli həqiqətlər ortaya çıxdı


Digərləri 07 Fev 2018 23:33:00 425 0

"Titanik"in batması haqda gizli həqiqətlər ortaya çıxdı

İngiltərənin Sauzempton limanından ABŞ-ın Nyu-York şəhərinə doğru ilk səyahəti zamanı batan "Titanik" gəmisi haqqında ilginc informasiyalar əldə olunub.

Son.az axşam.az-a istinadən bildirir ki, araşdırmaçı Senan Moloni "Titanik" gəmisi haqda maraqlı iddialar irəli sürüb.

30 il bu sahədə araşdırma aparan Senan gəminin batmasına təkcə aysberqin səbəb olmadığını bildirib.

Onun fikrincə, aysberqə bir balaca toxunan "Titanik" kimi gəmi belə asanlıqla bata bilməzdi. 

Moloni gəmi barədə gizli həqiqətləri ortaya çıxarıb. Araşdırmalar nəticəsində mühərrik hissələrinin yanmış vəziyyətdə olduğunu görən araşdırmaçı bu yanğının "Titanik" yola düşərkən başladığını bildirib. Yanğın daha sonra söndürülsə də, lakin onu zəifdib. Eyni zamanda aysberqə toxunan zaman mühərriklər sıradan çıxdığı üçün gəmini geriyə döndərmək çətin olub və su asanlıqla gəmiyə dola bilib.


Xəbərə aid foto