Heyvan “tətil” edirsə, depressiyaya girir


Digərləri 07 Fev 2018 21:30:00 440 0

Heyvan “tətil” edirsə, depressiyaya girir

Fransada aparılan bir araşdırma sübut edib ki, sahibləri ilə birgə istirahətə gedən heyvanlar tətildən sonra neqativ hərəkətlər edir. Araşdırmaya siam pişiyi ilə qatılan Filip Uzan bildirib ki, tətildən evə qayıdandan sonra pişik bir neçə gün yatağını və xalçanın üstünü kirlədib.

Son.az musavat.com-a istinadən bildirir ki, alman qurd it sahibi olan Monique Gastinel də deyib ki, istirahətdən qayıdandan sonra iti narazı görünür və onun əmrlərini yerinə yetirmir. Heryvan psixoloqu mütəxəssisi Aline Auble isə deyib ki, bu, heyvanlar üçün normal durumdur. Çünki onlar da insanlar kimi yeni yerlər görməyi, yeni insanlarla tanış olmağı arzulayırlar.