“WhatsApp”dan daha bir möhtəşəm yenilik


Digərləri 07 Fev 2018 19:00:00 243 0

“WhatsApp”dan daha bir möhtəşəm yenilik

"WhatsApp" messenceri fevralın 6-dan səsli rabitə ilə ünsiyyət quran müsahiblərin sayını 5 nəfərə qədər artırıb. 

Son.az lent.az-a istinadən xəbər verir ki, artıq "WhatsApp"ın köməyi ilə eyni anda 5 nəfər danışa biləcək. 

Bildirilir ki, hazırda bu funksiya test rejimində işləyir. Onun "WhatsApp" istifadəçiləri üçün bir neçə həftədən sonra əlçatan olacağı gözlənilir. Biri-biri ilə danışan iki şəxs söhbətlərinə daha üç nəfər əlavə edə bilmək üçün mobil internet və ya Wi-Fi-dan istifadə etməlidirlər. Messencerin sağ yuxarı hissəsində tərtibatçılar söhbət üçün yeni iştirakçıları əlavə etməyə imkan verən düymə yerləşdiriblər. Bu müsahiblərin əlaqə nömrələri cihazın telefon kitabçasında olmalıdır.