Şabranda tapılan yanmış kişi meyitinin kimliyi məlum oldu


Digərləri 07 Fev 2018 17:55:00 279 0

Şabranda tapılan yanmış kişi meyitinin kimliyi məlum oldu

Şabran rayonu ərazisində tapılan yanmış kişi meyitinin şəxsiyyəti məlum olub.

Son.az APA-ya istinadən xəbər verir ki, yanvarın 27-də Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində, yoldan 300 metr aralıda yanmış meyiti tapılan şəxsin Binəqədi rayon sakini, 1945-ci il təvəllüdlü Mahmudov İlyas Qara oğlu olduğu müəyyən edilib. Həmin şəxs 22.01.2018-ci il tarixindən itkin düşmüş şəxs kimi qeydiyyatda olub.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Meyitin ilkin xarici müayinəsi zamanı üzərində zorakılıqla qətlə yetirilməyə xarakterik xəsarətlər və ya xəsarət izləri aşkar edilməyib.