"Azərbaycanda muğamı ingilis dilində tədqiq edənlər yoxdur"


Digərləri 07 Fev 2018 17:25:00 268 0

"Azərbaycanda muğamı ingilis dilində tədqiq edənlər yoxdur"

"Azərbaycanda ingilis dilində muğam tədqiq edənlər yoxdur. Xaricdən Azərbaycana ingilis dilində muğam tədqiq edən alimlər gəlirlər. Lakin bizim alimlər dil probleminə görə, onlarla ünsiyyət yarada bilmirlər".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Rəyasət Heyətinin bugünkü iclasında çıxışı zamanı deyib.

A.Əlizadə bildirib ki, magistr qəbulu zamanı bu məsələ mütləq nəzərə alınmalıdır: "Bu gün xarici dil bilməyən alim çətinlik çəkir. Ona görə də bu nəzərə alınmalıdır ".