Azərbaycanın peyklərdən əldə etdiyi gəlir 91 milyon dollara çatdı


Digərləri 07 Fev 2018 17:10:00 264 0

Azərbaycanın peyklərdən əldə etdiyi gəlir 91 milyon dollara çatdı

"Azərkosmos" ASC-nin "Azerspace-1" və "Azersky" peyklərin kommersiya istismarından əldə etdiyi ümumi gəlir 91 milyon dollara çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, "Azerspace-1" peyki kommersiya fəaliyyətində olduğu dövr ərzində 72 milyon, "Azersky" peyki isə 19 milyon dollar məbləğində gəlir gətirib.

2013-cü ilin fevral ayının 7-də orbitə buraxılan Azərbaycanın ilk telekommunikasiya peyki "Azerspace-1"in dünyanın 25-dən çox ölkəsində sabit müştəri bazası var.