AMEA: Nizaminin Azərbaycan şairi olduğunu desək də, bizi eşitmirlər


Digərləri 07 Fev 2018 16:16:00 243 0

AMEA: Nizaminin Azərbaycan şairi olduğunu desək də, bizi eşitmirlər

Nizami Gəncəvinin fars şairi kimi təqdim edilməsi cəhdləri hər zaman olub. Biz Nizaminin Azərbaycan şairi olduğunu desək də, bizi eşitmirlər.

Bakı. İlhamə İsabalayeva - Nizami Gəncəvinin fars şairi kimi təqdim edilməsi cəhdləri hər zaman olub. Biz Nizaminin Azərbaycan şairi olduğunu desək də, bizi eşitmirlər. Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxış edərkən deyib. T.Kərimli bildirib kİ, bu yaxınlarda Fransanın Sarbonna Universitetinin professoru tərəfindən elektron poçtuna məktub gəlib: "Orada da yazılırdı ki, Nizami fars şairidir, atası da Qum şəhərindədir. Mənə yazılır ki, niyə görə bunu saxtalaşdırıb onu Azərbaycan şairi kimi təqdim edirsiniz? Biz deyirik ki, Nizami Azərbaycan şairidir, Gəncə də Azərbaycan şəhəridir. Nizaminin də əsərlərində Gəncəyə xüsusi məhəbbətin olduğu görünür, amma buna əhəmiyyət verilmir". T.Kərimli daha sonra qeyd edib ki, bütün bölmələr üçün ağrılı olan problem humanitar elmlər bölməsi üçün də xarakterikdir. Akademik-katib bildirib ki, cəmiyyətdə gənclər fundamental elmlərə maraq göstərmirlər. Bu da həmin sahəni büdcədən asılı edir. T.Kərimli digər problemin Azərbaycan gənclərinin ideologiyası ilə bağlı olduğunu söyləyib.