"Səmaaltı imperiya" dənizi ələ keçirir VİDEO FOTO


Digərləri 07 Fev 2018 13:35:00 269 0

"Səmaaltı imperiya" dənizi ələ keçirir  VİDEO  FOTO

Çin Xalq Respublikası hərbi və müdafiə potensialını sürətlə inkişaf etdirir. "Səmaaltı imperiya" Cənubi Çin dənizindəki kiçik mərcan və qayalıq adalardan ibarət Spratli arxipelaqında hərbi bazalar yaradır.

Son.az Philippine Daily Inquirer-ə istinadən bildirir ki, Spratli arxipelaqı Çinlə Filippin arasında mübahisəli ərazidir.

Çin hərbçiləri Spratli ilə yanaşı, Skarboro-Şola da iddialıdırlar.

Filippinin əsas adası olan Lusondan 124 dəniz mili məsafədə yerləşən arxipelaqın kiçik adalarında Çin müşahidə, radioelektron kəşfiyyat kompleksləri, habelə neft-qaz çıxarma platformaları inşa edir.

Bununla yanaşı, Spratli arxipelaqındakı 7 mərcan adasında Çin transformasiya işləri apararaq hərbi obyektlər tikir.

Həmin obyektlərdən biri Filippinə məxsus olan və Birləşmiş Millətlər Təşkilatının nəzarətindəki Paqaniban rif adasındadır.