Millət vəkili əlillər üçün xüsusi iş yerləri kvotası yaradılmasını təklif edib


Digərləri 07 Fev 2018 13:05:00 267 0

Millət vəkili əlillər üçün xüsusi iş yerləri kvotası yaradılmasını təklif edib

Bu gün əlilliyi olan şəxslərin ən ciddi problemlərindən biri onların işə düzəlməsi ilə bağlıdır.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin iclasında millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, əlillərin işlə təmin olunması ilə bağlı ya onlar üçün ayrıca məşğulluq kvotası bərpa edilməli, ya da əlillər üçün xüsusi iş yerləri kvotası yaradılmalıdır.