Murad Dadaşov növbəti "Maşın"ın vaxtını açıqladı


Şou-biznes 07 Fev 2018 11:55:00 306 0

Murad Dadaşov növbəti "Maşın"ın vaxtını açıqladı

"ATV Səhər" verilişində qonaq olan məşhur aparıcı və prodüser Murad Dadaşov "Maşın" realiti-şousunun növbəti buraxılışının vaxtını  açıqladı.

Son.az atv.az-a istinadən xəbər verir ki, artıq bir neçə iştirakçısı müəyyənləşən şounun may ayının ortasında başlayacağını qeyd edən Dadaşov onların adlarını açıqlamasda da iştirakçıların sayının dəyişməyəcəyini, yəni ənənəvi olaraq 18 nəfər olacağını qeyd etdi.