Nazir: Azərbaycan və Çexiya energetika sahəsində yeni saziş imzalayacaqlar (ÖZƏL)


Digərləri 07 Fev 2018 11:14:46 267 0

Nazir: Azərbaycan və Çexiya energetika sahəsində yeni saziş imzalayacaqlar (ÖZƏL)

Azərbaycan və Çexiya energetika sahəsində yeni sazişin imzalanması üzrə danışıqlar aparır.

Bakı. Azad Həsənli - Azərbaycan və Çexiya energetika sahəsində yeni sazişin imzalanması üzrə danışıqlar aparır. Bu barədə Trend-ə açıqlamasında Çexiyanın sənaye və ticarət naziri Tomaş Güner deyib. Nazir bildirib ki, hazırda ekspertlər səviyyəsində müzakirələr davam edir: "Sənəd təkcə Azərbaycandan Çexiyaya neft tədarükünün vacibliyini qeyd etmir, həm də bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın inkişafına kömək edəcək və hər iki tərəfdən sahibkarların enerji layihələrinə cəlb edilməsinə şərait yaradacaq". Sənədin imzalanmasından danışan T.Güner qeyd edib ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazovun bu il Çexiyaya mümkün səfəri üzərində iş gedir.