Azərbaycanın Avropa Məhkəməsindəki hakiminin səlahiyyətləri və sosial təminatları artırılır


Digərləri 07 Fev 2018 10:21:00 191 0

Azərbaycanın Avropa Məhkəməsindəki hakiminin səlahiyyətləri və sosial təminatları artırılır

“Konstitusiya məhkəməsi haqqında” qanuna dəyişiklik ediləcək

Azərbaycanda “Konstitusiya məhkəməsi haqqında” qanuna dəyişiklik ediləcək.

“Report”un xəbərinə görə, qanunun 73-cü (Konstitusiya Məhkəməsi hakiminin başqa təminatları) maddəsinə yeni - 9-cu bənd əlavə edilir.

Yeni bəndə əsasən, İnsan hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimin statusu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakiminin statusuna bərabər tutulur və bu Qanunda, həmçinin digər normativ hüquqi aktlarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimi üçün nəzərdə tutulmuş təminatlar (bu Qanunun 71-ci, 72-ci, 73.5-ci, 73.6-cı və 73.8-ci maddələrində nəzərdə tutulmuş təminatlar istisna olmaqla) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimə də şamil edilir.

Layihədə bildirilib ki, təklif olunan dəyişikliyin məqsədi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakimin statusuna bərabər tutulması və onların Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi üçün nəzərdə tutulmuş təminatlardan istifadə edilməsi üçün hüquqi əsasların yaradılmasıdır.

Dəyişiklik layihəsi Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, Azərbaycanı Avropa İnsan Hüquqları Məhkəməsinin hazırki hakimi Lətif Hüseynovdur.