Londonun qərbində yaşayış evi yanır, əraziyə 80 yanğınsöndürən cəlb olunub


Dünya 07 Fev 2018 06:22:27 368 0

Londonun qərbində yaşayış evi yanır, əraziyə 80 yanğınsöndürən cəlb olunub

Ehtiyat üçün qonşuluqdakı 8 binanın sakinləri təxliyyə edilib

Çərşənbə axşamı Londonun qərbində yerləşən Holland-park rayonundakı mənzillərdən birində yanğın baş verib. Əraziyə təqribən 80 yanğınsöndürən cəlb olunub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Britaniya paytaxtının yanğınsöndürmə briqadası öz rəsmi saytında məlumat yerləşdirib.

Hadisə yerinə 12 yanğınsöndürən maşın gəlib.

Ehtiyat üçün qonşuluqdakı 8 binanın sakinləri təxliyyə edilib. Hazırda yanğının səbəbləri məlum deyil.