İnsanın özünün, dostlarının və qohumlarının ömrünü artıran dua


Digərləri 06 Fev 2018 23:20:00 290 0

İnsanın özünün, dostlarının və qohumlarının ömrünü artıran dua

Həzrət Peyğəmbər (s) buyurur: "Ey Adəm övladı! Atana və anana yaxşılıq et, sileyi-rəhm et ki, Allah işini asan və ömrünü uzun etsin. Allahın itaətini et ki, aqil hesab olunasan. Ona itaətsizlik etmə ki, nadan hesab olunmayasan".

Son.az deyerler.org-a istinadən bildirir ki, İmam Əli (ə) buyurur: "Ömrün bərəkəti - işini yaxşı yerinə yetirməkdədir".

İmam Səccad (ə) buyurur: "Allahım! Məni o kəsdən qərar ver ki, ömürlərini uzun və rəftarlarını gözəl etmisən. Nemətini onlara tamamlamısan və onlardan razısan. Onlara davamlı şadlıq, ən yaxşı kəramət və kamil rifahla birlikdə olan pak həyat əta etmisən".

Seyyid ibni Tavus, Cəmil ibni Dərracdan nəql edir: "Bir nəfər İmam Sadiqin (ə) yanına gəldi və dedi: "Ey mənim mövlam! Yaşım artmışdır, qohumlarım ölmüşdür, munisim yoxdur. Qorxuram ki, ölüm məni də alsın".

Həzrət (ə) buyurdu: "Saleh mömin qardaşlar, ünsiyyət qurmaq üçün yaxınlarından daha yaxşıdırlar. Əgər özünün, dostlarının və qohumlarının ömrünü artırmaq istəyirsənsə, bu duanu hər namazdan sonra oxu: اَللّهُمَّ صَلِّ عَلى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ اَللّهُمَّ اِنَّ رَسُولَكَ الصّادِقَ الْمُصَدَّقَ صَلَواتُكَ عَلَيْهِ وَآلِهِ قالَ اِنَّكَ قُلْتَ ما تَرَدَّدْتُ فى شَىْءٍ أَنَا فاعِلُهُ كَتَرَدُّدى فى قَبْضِ رُوحِ عَبْدِىَ الْمُؤْمِنِ يَكْرَهُ الْمَوْتَ وَاَكْرَهُ مَسآئَتَهُ اَللّهُمَّ فَصَلِّ عَلى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ وَعَجَّلْ لِوَلِيِّكَ الْفَرَجَ وَالْعافِيَةَ وَالنَّصْرَ وَلا تَسُؤْنى فى نَفْسى وَلا فى اَحَدٍ مِنْ اَحِبَّتى

Əgər istəsən dostlarının bir-biri adlarını çək və de: