“Heç bir zaman həftəsonunu evdə keçirtmə”


Digərləri 06 Fev 2018 22:05:00 240 0

“Heç bir zaman həftəsonunu evdə keçirtmə”

"Tesla"nın təsisçisi Elon Mask 2015-ci ildə bildirmişdi ki, o, "SpaceX"ı təsis edəndən sonra 10 il ərzində cəmi iki dəfə məzuniyyətə çıxıb. Siz onun hər dəfə məzuniyyətə çıxarkən başına gələnləri bilsəniz, onu təqsirləndirməyəcəksiniz.

Mask birinci dəfə məzuniyyətdə olarkən, CEO-su olduğu "PayPal" şirkətinin idarə heyəti onu Peter Thiel-lə əvəz etdi.

Son.az moneta.az-a istinadən bildirir ki, ikinci məzuniyyətini Brazilyada keçirərkən, malyariyaya yoluxdu və ölümlə üz-üzə qalmışdı.

"SpaceX"ı təsis etdikdən sonra ilk dəfə həftəsonu işə getmədiyi gündə şirkətinin raketlərindən biri partlamışdı.

Mask həmin vaxt verdiyi müsahibəsində, "Birinci dəfə bir həftəsonu işə getmədim, mənim və Riçard Bransonun raketi partladı. Növbəti həftəsonu da işə getmədim və bir raketim yenə partladı. Buradan öyrəndiyim dərs isə, heç bir zaman həftəsonunu evdə keçirtmə".

Lakin, 2017-də Mask sevgilisi Amber Heard və uşaqları ilə birlikdə ən azı iki dəfə səyahətə çıxıb.