Namiq: "Göznəzər məni yıxdı"


Şou-biznes 06 Fev 2018 19:36:00 269 0

Namiq: "Göznəzər məni yıxdı"

Ayağı sınan meyxanaçı Namiq Qaraçuxurlu səhhəti ilə bağlı açıqlama verib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Xəzər maqazin"ə açıqlamasında deyib ki, hadisənin necə baş verdiyindən şoka düşüb. O, caduların onu bu hala qoyduğunu söyləyib:

"Uzun illərdir mənə cadu olunur. Üstümdə bəd-nəzər də var. Qarşısını almıram. Falçıya da gedib nəsə etdirmirəm. Nə vaxtsa, bunun bir nəticəsi olmalı idi. Daha çox inandım ki, göz məni yıxdı. Elə ondan oldu".