Bu ölkə də kriptovalyutadan istifadə edəcək


Dünya 06 Fev 2018 18:18:00 241 0

Bu ölkə də kriptovalyutadan istifadə edəcək

Qırğızıstan dövlət satınalmaları sistemində kriptovalyutadan istifadə edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Sapar İsakov Qazaxıstanda keçirilən "Qloballaşma dövründə rəqəmsal gündəlik" forumu zamanı çıxış edərkən qeyd edib.

Baş nazir bildirib ki, bu addım satınalmalar sistemində korrupsiya hallarını azaldacaq.