Balkan ölkələrinin Avropa İttifaqına daxilolma şərtləri açıqlanıb
Dünya 06 Fev 2018 16:10:31 279 0
Jan-Klod Yunker: "Xorvatiya və Sloveniya yeni ölkələrin daxil edilməsinə qədər problemi həll etməlidirlər"
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Jan-Klod Yunker bildirib.
"Sərhəd mübahisəsi həll olunmayana qədər yeni Qərbi Balkan ölkələrinin Aİ-yə daxil olması mümkün deyil. Xorvatiya və Sloveniya məsuliyyət göstərməlidir, problem yeni ölkələrin daxil edilməsindən əvvəl həll edilməlidir", - deyə o, Strasburqda Avropa Parlamentinin deputatları önündə çıxış edərkən vurğulayıb.
Qeyd edək ki, Sloveniya və Xorvatiya Adriatik dənizinin Piran körfəzindəki eyni əraziyə iddia edirlər.
Əlavə edək ki, hazırda Aİ üzvlüyü üçün Balkan ölkələrindən namizədlər Albaniya, Makedoniya, Serbiya və Monteneqrodur. Monteneqro ilə 2012-ci, Serbiya ilə isə 2014-cü ildən Aİ-yə qoşulmaq üzrə danışıqlar aparılır. Bosniya və Herseqovina 2016-cı ilin fevral ayından etibarən namizəd statusunu gözləyir.