Lavrov qazaxıstanlı həmkarı ilə Xəzərin statusunu müzakirə etdi


Dünya 06 Fev 2018 16:15:00 343 0

Lavrov qazaxıstanlı həmkarı ilə Xəzərin statusunu müzakirə etdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov qazaxıstanlı həmkarı Kayrat Abdrahmanovla 5-ci Xəzər sammitinə hazırlıq məsələsini müzakirə edib.

Son.az xəbər verir ki, Trend bu barədə Rusiya XİN-ə istinadən məlumat verir.

Qeyd olunur ki, nazirlər ötən ilin dekabrında Moskvada keçirilmiş Xəzəryanı dövlətlərin XİN rəhbərlərinin iclasında qəbul olunmuş qərarlara əsasən növbəti sammitə hazırlığı dəyərləndirib.