Bakıda xanəndə olan qızını bıçaqlayan ananın


Digərləri 06 Fev 2018 15:24:00 271 0

Bakıda xanəndə olan qızını bıçaqlayan ananın

Bakı Ağır Cinayətlər Məhkəməsində qızını bıçaqlamaqda təqsirləndirilən Aynurə Rüstəmovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Rüstəmovaya Cinayət Məcəlləsinin 70-ci (şərti cəza) maddəsi tətbiq olunaraq, ona şərti cəza verilib.

İttiham aktına əsasən, A.Rüstəmova ötən ilin yayında Bakıda qızı Cəmalə Həmidovanı bıçaqlayıb. Buna səbəb qızının ondan icazəsiz çimərliyə getməsi olub. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan A.Rüstəmova barəsində həbs qətimkan tədbiri seçilməyib.