UNEC-in tədris materialları beynəlxalq standartlara uyğunlaşdırılır


Digərləri 06 Fev 2018 15:12:00 184 0

UNEC-in tədris materialları beynəlxalq standartlara uyğunlaşdırılır

UNEC-də professor-müəllim heyəti üçün növbəti qış məktəbinə start verilib.

Bakı. UNEC-də professor-müəllim heyəti üçün növbəti qış məktəbinə start verilib. Universitetdən Trend-ə verilən məlumata görə, UNEC-in akademik heyətinin elmi və pedaqoji potensialının yüksəldilməsi məqsədilə ənənəvi olaraq hər il təşkil edilən qış məktəbi bu dəfə “Tədris materiallarının keyfiyyətinin yüksəldilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması” mövzusuna həsr olunub. UNEC-in Quba Tədris, İdman və İstirahət Kompleksində təşkil olunan qış məktəbində dünyanın nüfuzlu universitetlərinin alimləri – ABŞ-ın Leigh Universitetinin professoru Jill Sperandio, Fransanın Lyon Universitetinin müəllimi Jennifer Veillon və Türkiyənin İstanbul Universitetinin professoru Sedat Murat təlimlər keçirlər.