Magistraturaya qəbul zamanı ən yüksək müsabiqə olan institutların ADLARI açıqlandı


Digərləri 06 Fev 2018 14:35:00 234 0

Magistraturaya qəbul zamanı ən yüksək müsabiqə olan institutların ADLARI açıqlandı

Azərbaycan Milli Elmlər Akademiyasında ali təhsilin magistratura pilləsinə qəbul zamanı ən yüksək müsabiqə İdarəetmə Sistemləri, İnformasiya Texnologiyaları, Molekulyar Biologiya və Biotexnologiya institutlarında olub.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) ali təhsilin magistratura pilləsinə qəbul zamanı ən yüksək müsabiqə İdarəetmə Sistemləri, İnformasiya Texnologiyaları, Molekulyar Biologiya və Biotexnologiya institutlarında olub. Trend-in məlumatına görə, bunu AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov deyib. Ə.Sadıqovun sözlərinə görə, 2015-ci ildə ilk dəfə olaraq AMEA-da ali təhsilin magistratura pilləsi yaradılıb: "Ötən il isə AMEA magistraturadan ilk buraxılışı uğurla başa çatdırdı. Akademiyada magistraturanın yaradılması elmə marağı olan gənclər tərəfindən böyük rəğbətlə qarşılandı. Məhz bunun nəticəsidir ki, hər il AMEA-nın magistraturasına ərizə verənlərin sayı çoxalır. Ə.Sadıqov qeyd edib ki, AMEA-nın magistraturasına ərizə verənlərin sayı 2016-cı ildə 700-ə, 2017-ci ildə isə 2000-ə yaxın olub. Bəzi ixtisaslar üzrə bir yerə 50-80 nəfər ərizə verib.