ATƏT PA prezidentinin Bakı səfərinin VAXTI açıqlandı


Digərləri 06 Fev 2018 14:24:00 199 0

ATƏT PA prezidentinin Bakı səfərinin VAXTI açıqlandı

ATƏT Parlament Assambleyasının prezidenti Georgi Sereteli bu ilin martında Azərbaycana səfər edəcək

Bakı. Nigar Quliyeva - ATƏT Parlament Assambleyasının (PA) prezidenti Georgi Sereteli bu ilin martında Azərbaycana səfər edəcək. Trend-in məlumatına görə, bunu ATƏT PA-nın mətbuat xidmətindən bildiriblər. Bildirilib ki, ATƏT PA prezidenti martın 12-13-də Azərbaycana rəsmi səfər edəcək və Bakıda keçiriləcək İpək Yolu Konfransına qatılacaq. Qeyd edək ki, daha öncə G.Sereteli səfər zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə olunacağını demişdi. G.Seretelini səfər zamanı ATƏT PA-nın Beynəlxalq Katibliyinin müşayiət edəcəyi gözlənilir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin