Dövlət qulluğu ilə bağlı imtahana qeydiyyat davam edir


Digərləri 06 Fev 2018 13:40:00 271 0

Dövlət qulluğu ilə bağlı imtahana qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 18 fevralda inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

DİM-in mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, imtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq.

İmtahanda iştirak etmək etmək üçün qeydiyyat fevralın 11-dək davam edəcək.