Erməni futbolçu hərbi xidmətə getməmək üçün İngiltərədən siyasi sığınacaq istədi


Dünya 06 Fev 2018 12:48:40 268 0

Erməni futbolçu hərbi xidmətə getməmək üçün İngiltərədən siyasi sığınacaq istədi

Ermənistanlı futbolçu Ovik Nersisyan hərbi xidmətə getməmək üçün İngiltərədən siyasi sığınacaq istəyib.

Son.az report-a istinadən xəbər verir ki, hazırda İngiltərənin Şimal-Qərb Liqasında çıxış edən "Uiçerç Alport"un formasını geyinən 23 yaşlı müdafiəçi həyatının təhlükədə olduğunu söyləyib.

İki il öncə bu kluba üz tutan Nersisyan ölkəsində axtarışa verildiyini deyib: "Qayıtsam, həbs ediləcəyəm. Daha sonra hərbi xidmətə aparılacağam və həyatım təhlükədə olacaq. İki il öncə hərbi xidmətdən möhlət hüququ verilmişdi. İndi isə futbolçu olmağımın onlar üçün əhəmiyyəti yoxdur. Hakimiyyət hamını döyüşə göndərir. Azərbaycan mətbuatından oxumuşam ki, Ermənistan əsgərləri hər gün ölürlər. Şropşirdə təhlükəsiz şəraitdəyəm və burada yaşamaqdan xoşum gəlir. Məhkəmənin yaxşı qərar çıxaracağına ümidvaram".