"Sənaye zonaları Azərbaycanın hər bir regionunda yaradılacaq"


Digərləri 06 Fev 2018 11:57:00 257 0

"Sənaye zonaları Azərbaycanın hər bir regionunda yaradılacaq"

Sənaye zonaları Azərbaycanın hər bir regionunda yaradılacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Sənayedə yerli xammalın istifadəsi ilə idxalı əvəz edən istehsalın genişləndirilməsinə həsr olunmuş konfransda çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, sənaye ölkə iqtisadiyyatının inkişafında böyük rol oynayır: "Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycanda beş sənaye parkı və dörd sənaye məhəlləsi yaradılıb. Gələcəkdə onların sayının artırılması və Azərbaycanın hər regionunda yaradılması planlaşdırılır".