Moskvaya əsrin qarı yağdı VİDEO FOTO


Digərləri 06 Fev 2018 11:29:00 288 0

Moskvaya əsrin qarı yağdı  VİDEO  FOTO

Ötən həftənin şənbə günü Rusiyanın paytaxtı Moskvaya yağan güclü qar səngiməyib.

Bazar günü Moskaya yağan qarın miqdarı son 100 ildə rekord səviyyədə olub.

Son.az European-a istinadən bildirir ki, Moskaya su ekvivalenti ilə 11,2 mm qar yağıb.

Boran və güclü qar səbəbindən şəhərdə sarı rəngli təhlükə səviyyəsi elan olunub. Güclü külək və boran 360 ağacı yıxıb, yollarda hərəkətdə və aeroportların fəaliyyətində çətinliklər yaranıb.

Havanın temperaturu -12 dərəcəyə düşüb.

Bir nəfər həlak olub, 100 avtomobil qırılıb düşən ağacların altında qalıb.