Azərbaycanın AÇG və Şahdəniz üzrə gəlirləri açıqlandı


Digərləri 06 Fev 2018 10:44:00 256 0

Azərbaycanın AÇG və Şahdəniz üzrə gəlirləri açıqlandı

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) AÇG və Şahdəniz üzrə gəlirlər fevralın 1-i üçün əldə edilən gəlirlərini açıqlayıb.

ARDNF-dən Son.az-a verilən məlumata görə, AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər (2001-ci ildən etibarən): 129 137 mln. ABŞ dolları (01.02.2018 tarixinə) təşkil edib.

AÇG yatağından (01.01.2018 - 01.02.2018 tarixinə): 651,6 mln. ABŞ dolları, AÇG HPBS-nin 2050-ci ilə qədər uzadılması çərçivəsində xarici sərmayəçilər tərəfindən ödənilən bonus - 450 mln. ABŞ dolları, Şahdəniz yatağı üzrə əldə olunan ümumi gəlirlər (2007-ci ildən etibarən): 2 506 mln. ABŞ dolları (01.02.2018 tarixinə) olub.