Piratlar 22 hindli dənizçinin olduğu tankeri buraxıblar


Dünya 06 Fev 2018 08:42:47 301 0

Piratlar 22 hindli dənizçinin olduğu tankeri buraxıblar

Heyət üzvlərinin hamısı təhlükəsiz şəraitdədir

Piratlar şənbə günü Benin sahillərində itgin düşmüş hesab edilən "Marine Express" tankerini buraxıblar. Panamada qeydiyyatdan keçmiş gəminin göyərtəsində 22 hindli dənizçi var.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı "Reuters" məlumat yayıb.

Tankerin texniki xidməti ilə məşğul olan "Anglo-Eastern Group" şirkətinin bəyanatına görə, tankerin bütün heyət üzvləri hazırda təhlükəsiz şəraitdədirlər, gəminin yükü toxunulmaz qalıb.

Tanker ümumi dəyəri 8,1 milyon dollar olan 13,5 min ton yanacaq daşıyırdı.