Ötən rüb “Apple” rekord sayda smartfon satıb


Digərləri 06 Fev 2018 08:35:00 230 0

Ötən rüb “Apple” rekord sayda smartfon satıb

"Apple" şirkətinin "iPhone X" və "iPhone 8/8 Plus" smartfonlarının satışları ümumilikdə gözləniləndən aşağı olsa da, ABŞ-dakı satışlarda hər şey qaydasındadır.

Son.az lent.az-a istinadən xəbər verir ki, "Counterpoint" şirkətinin analitikləri iddia edirlər ki, ötən rüb ABŞ-da 51,2 milyon ədəd smartfon satışı həyata keçirilib.

Bununla belə, "Apple" 22,39 milyon ədəd cihaz sata bilib ki, bu da payının 44 faiz artmasıdır və şirkət üçün yerli bazarda rekord göstərici hesab edilir. Şirkət illik nisbətdə satışlarını təxminən 20 faiz artırıb. Bu bazar isə ümumilikdə cəmi 2 faiz artıb.   Analitiklər bildirirlər ki, ötən rüb satılan 10,5 milyon ədəd "Apple"smartfonları üçün orta satış qiyməti 850 dollar təşkil edib. "Super Premium" seqmentindən olan smartfonların qiymətləri 800 dollardan başlayır, onların ABŞ-da satışları 25 faiz artıb. Bir il öncə isə bu seqmentdə artım, ümumiyyətlə, müşahidə edilməyib. Bu isə olduqca bahalı olan "iPhone X", həmçinin ondan öncə satışa çıxan və qismən bahalaşan "iPhone 8" və "8 Plus" smartfonları sayəsində baş verib.