Yasamalda yaşlı kişi vuruldu


Digərləri 06 Fev 2018 08:12:00 246 0

Yasamalda yaşlı kişi vuruldu

Hadisəni Kia markalı avtomobilin sürücüsü törədib

Bakının Yasamal rayonunda piyadanı maşın vuraraq öldürüb.

Son.az "Report"a istinadən bildirir ki, qəza 1939-cu il təvəllüdlü Poladov Mehdiqulu yolu keçərkən baş verib.

Hadisəni "Kia" markalı avtomobilin sürücüsü törədib. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o, dünyasını dəyişib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi başlanılıb.