Xərçəngin müalicəsində Moerman pəhrizi


Digərləri 05 Fev 2018 23:14:00 302 0

Xərçəngin müalicəsində Moerman pəhrizi

Ən qorxulu xəstəliklərdən sayılan xərçəngin müalicəsində tətbiq olunan üsullardan biri də pəhrizdir. Reviçi, Qurzonu, Broys, Nişi, Qouler, Şatalova, Qrinizeyşn və digər pəhrizlər həmin qida sistemlərinə aiddir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dəhşətli xəstəlik əleyhinə tətbiq edilən ən məşhur qida sistemi Moerman pəhrizidir.

Kornelus Moerman XX əsrdə Niderlandda yaşayıb və 96 yaşında vəfat edib. O, öz metodu ilə xərçəng xəstəliyinə tutulan 150 xəstədən 115-ni tam sağaltmağa nail olub. Lakin tibb elminin həmin üsulu qəbul etməsi heç də asan başa gəlməyib. Həkimlər niderlandlı təbibin pəhriz üsulunu təpki ilə qarşılayır və səbəb kimi sistemin sadə olduğunu arqument göstərirdilər. Pəhriz rahat tapılan və hər kəsin əldə edə biləcəyi ərzaqlardan ibarətdir. Hətta Moerman pəhrizi həkimlərin ümidsiz yanaşdığı və yaxud müalicəsindən imtina etdiyi ən çarəsiz onkoloji xəstələrin də sağalmasına kömək edib. 1987-ci ildə Niderlandın səhiyyə nazirliyi Moermanın pəhriz metodunu təsdiq edib. Xərçəng əleyhinə yönələn həmin pəhrizi ikiqat Nobel mükafatçısı L. Pollinq də dəstəklədiyini bildirib.