Gözdən əlil olması işinə mane olmur Vəkil kimi fəaliyyətini uğurla həyata keçirir Azərbaycanda VİDEO


Digərləri 05 Fev 2018 21:51:00 347 0

Gözdən əlil olması işinə mane olmur  Vəkil kimi fəaliyyətini uğurla həyata keçirir  Azərbaycanda  VİDEO

Saatlı sakin Asif İsmayılov 16 ildir ki, hüquqşünas kimi fəaliyyət göstərir. O, gözdən əlil olmasına baxmayaraq, artıq neçə illərdir ki, hüquqşünas fəaliyyətini uğurla həyata keçirir.

Son.az bildirir ki, 2002-ci ildə BDU-nin hüquq fakultəsini bitirən Asif İsmayılov o vaxtan bəri hüquqşünas kimi fəaliyyət göstərərək insanlara hüquqi yardım göstərir. Müsahibimizin sözlərinə görə, bu vaxta qədər iştirak etdiyi bütün məhkəmələrin əksəriyyətində qalib gəlib. Bu da insanların ona olan inamını artırıb.

Gözdən əlil olması bu şəxsdə heç də kompleks yaratmır, əksinə, onda gördüyü işə daha da həvəs yaradır.

Vəkillər Kollegiyasının test imtahanını uğurla keçən Asif İsmayılov hazırda növbəti mərhələyə hazırlaşır.