Dayısının evindən oğurluq edən keçmiş məhkum tutuldu


Digərləri 05 Fev 2018 18:52:00 269 0

Dayısının evindən oğurluq edən keçmiş məhkum tutuldu

Beyləqan rayonunda dayısının evindən oğurluq edən şəxs saxlanılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, rayonun Örənqala kənd sakini Yasin Çərkəzov polisə müraciət edərək, ailə üzvləri evdə olmadığı müddətdə evdən 2000 manat və 3500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Araşdırmalar zamanı Y. Çərkəzovun evindən oğurluğun bacısı oğlu Yaşar Hacıyev və onun dostu  Nizami Nağıyev tərəfindən edildiyi məlum olub.