MSK növbədənkənar prezident seçkilərini müzakirə edəcək


Digərləri 05 Fev 2018 17:16:00 209 0

MSK növbədənkənar prezident seçkilərini müzakirə edəcək

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, iclasda növbədənkənar prezident seçkiləri ilə bağlı məsələ müzakirə ediləcək və müvafiq qərarlar veriləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.