"İçkili halda nə etdiyimi bilməmişəm" 9 il azadlıqdan məhkum olan meyxanaçı VİDEO – FOTO


Digərləri 05 Fev 2018 16:47:00 263 0

"İçkili halda nə etdiyimi bilməmişəm"  9 il azadlıqdan məhkum olan meyxanaçı  VİDEO – FOTO

Son.az ARB TV-nin "Rezonans" verilişində Sahib Dadaşovun həbsxana hekayələrini təqdim edir.

Sahib Dadaşov (cəzası 9 il): "Meyxanaçı kimi el şənliklərində iştirak edirdim. Ailəliyəm, 1 oğlum var. Dostlarımla parkda oturmuşduq. İçkili idik. Qarşıdan 3 nəfər gəlirdi, 2-si ayrıldı biri bizə tərəf gəlirdi. Dostlarımla yaxınlaşdıq, dedim ki, telefonu mənə ver sabah qaytaracam. O da qorxusundan verdi. Səhər ayılanda görürəm ki, telefon mənim deyil. Telefonu cibimə qoyub həmin parka getdim. Elə orada polis gəlib məni tutdu. İçkili halda nə etdiyimi bilməmişəm. Hakim 9 il cəza verəndə zarafat olduğunu düşündüm. O vaxtdan vicdan əzabı çəkirəm. Həmin oğlan məni bağışladı. "De gəlsin" verilişinə qatılmışdım. Ağasəlim Çıldaq, Baba Pünhan dedilər ki, get, gələn il götürəcəyik səni. Yaşım az idi deyə götürmədilər".


Xəbərə aid foto