Magistraturaya qəbul imtahanının I mərhələsi üzrə sınaq imtahanının nəticələri elan edildi


Digərləri 05 Fev 2018 15:20:00 256 0

Magistraturaya qəbul imtahanının I mərhələsi üzrə sınaq imtahanının nəticələri elan edildi

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 4-də keçirilmiş sınaq imtahanının nəticələrini bu gün saat 14:40-dan etibarən elan edib.

DİM-in mətbuat xidmətindən Mİlli.Az-a verilən məlumata görə, hər bir iştirakçı DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Bakalavrlar imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 1307 nəfərdən 25 nəfəri imtahana gəlməyib. 1282 nəfərin imtahan nəticələri DİM-in internet portalında yerləşdirilib.