İran Prezidenti Adminstarsiyanın binası yaxınlığında atışma olub


Dünya 05 Fev 2018 13:17:06 267 0

İran Prezidenti Adminstarsiyanın binası yaxınlığında atışma olub

Mühafizəçilər onun qarşısını alıblar və atəş açaraq silahlı şəxsi yaralayıblar

İran Prezidenti Adminstarsiyasının binası yaxınlığında atışma olub.

“Report” “Fars” agentliyinə istinadən xəbər verir ki, silahlı şəxs Prezident Adminstarsiyasının binasına daxil olmaq istəyib. Amma mühafizəçilər onun qarşısını alıblar və atəş açaraq silahlı şəxsi yaralayıblar.

Tehran əyalətinin qurbernatoru Möhsün Həmədani bildirib ki, hücum edənin şəxsiyyətini və hadisənin səbəbini araşdırırlar.