Qadını küçədə soyub telefonunu satdı FOTO


Digərləri 05 Fev 2018 13:28:00 345 0

Qadını küçədə soyub telefonunu satdı  FOTO

Daha bir keçmiş məhkum həbsxanaya qayıdır.

Daha bir keçmiş məhkum həbsxanaya qayıdır.  Paytaxtın Səbail rayonu Səməd Vurğun küçəsində Bakı şəhər sakini olan bir qadının mobil telefonu naməlum şəxs tərəfindən tərəfindən açıq talama, yəni soyğunçuluq yolu ilə ələ keçirilib. Bu barədə zərərçəkən Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edib.

DİN-dən Son.az-a verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Qorxmaz Şahbazov saxlanılıb. O, ifadəsində törətdiyi hadisəni etiraf edərək ələ keçirdiyi mobil telefonu 240 manata satdığını bildirib.

Qeyd edilən faktla bağlı 39-cu polis Bölməsində toplanan material araşdırılması üçün Səbail Rayon Polis İdarəsinə göndərilib, zəruri istintaq hərəkətləri davam etdirilir.


Xəbərə aid fotolar