Müşfiqabad və Pirəküşküldən Bakıya gələn avtobusların marşrut xətti dəyişir SXEM


Digərləri 05 Fev 2018 12:32:00 280 0

Müşfiqabad və Pirəküşküldən Bakıya gələn avtobusların marşrut xətti dəyişir  SXEM

Bakıda 114 nömrəli avtobus marşrut xətti ləğv edilərək, fəaliyyətini 114 A və 114 B olmaqla davam etdirəcək. Bakı Nəqliyyat Agentliyindən (BNA) Son.az-a verilən əmlumata görə, bir müddət əvvəl Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşfiqabad qəsəbəsindən keçən hissəsinin 2 hərəkət zolağından 6 hərəkət zolağı enində genişləndirilməsi və yolun hərəkət hissəsinin beton bordyurlarla ayrılması nəticəsində avtobusların Müşfiqabad qəsəbəsinə daxil olması və qəsəbədən çıxmasında çətinliyin yaranmasına, həmçinin, avtobusların əlavə məsafə qət etməsinə səbəb olurdu. Məhz bu səbəbdən, Pirəkəşkül qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış sahəsi və Müşfiqabad qəsəbəsini "20 Yanvar" metrostansiyası ilə əlaqələndirən 114 nömrəli müntəzəm marşrut xəttinin fəaliyyətində müəyyən çətinliklər yaranıb.

Qeyd edək ki, Müşfiqabad qəsəbə sakinlərinin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri nəzərə alınaraq, Pirəkəşkül qəsəbəsi - metronun "20 Yanvar" stansiyası istiqamətinə 114 A, Müşviqabad qəsəbəsi - "20 Yanvar" metrostansiyası istiqamətinə 114 B olmaqla yeni marşrut xətti müəyyən edilib. 


Xəbərə aid fotolar