Ermənistan əhalisinin sayı azalıb


Dünya 05 Fev 2018 12:21:20 255 0

Ermənistan əhalisinin sayı azalıb

2017-ci ildə Ermənistan vətəndaşlarının sayı 13200 nəfər azalıb

Ermənistan əhalisinin sayı azalıb. 

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Milli Statistika Xidmətindən bildiriblər. 

Xidmətin açıqlamasında vurğulanıb ki, 2016-cı ilin uyğun dövrü ilə müqayisədə 2018-ci ilin yanvarın 1-də ölkə vətəndaşlarının sayında 25700 nəfər azalma qeydə alınıb. 

2018-ci il yanvarın 1-ə olan məlumata görə, Ermənistan əhalisinin sayı 2 milyon 972 min 900 nəfər olub. Bununla da ölkə əhalisinin sayı 2017-ci ilin uyğun dövrü ilə müqayisədə 13200 nəfər azalıb.